“Mastercard” şirkəti ötən il turistlərin dünyanın ən çox ziyarət etdikləri və ən çox pul xərclədikləri şəhərlərin reytinqlərini (“Global Destination Cities Index”) dərc edib.
“APA-Economics”in “Mastercard”a istinadən verdiyi məlumata görə, reytinqlər tərtib edilərkən turistlərin müəyyən şəhərdə ən azı bir gün gecələməsi nəzərə alınıb. Nəticədə, 2018-ci ildə turistlərin ən çox ziyarət etdikləri şəhər Banqkok (22,8 mln.), ən çox pul xərclədikləri şəhər isə Dubay olub (30,8 mlrd. ABŞ dolları).
Turistlərin 2018-ci ildə ən çox ziyarət etdikləri şəhərlər:
# |
Şəhər |
2018-ci ildə gələn turistlərin sayı, mln. nəfər |
1 |
Banqkok (Tailand) |
22,78 |
2 |
Paris (Fransa) |
19,10 |
3 |
London (Böyük Britaniya) |
19,09 |
4 |
Dubay (BƏƏ) |
15,93 |
5 |
Sinqapur (Sinqapur) |
14,67 |
6 |
Kuala-Lumpur (Malayziya) |
13,79 |
7 |
Nyu-York (ABŞ) |
13,60 |
8 |
İstanbul (Türkiyə) |
13,40 |
9 |
Tokio (Yaponiya) |
12,93 |
10 |
Antalya (Türkiyə) |
12,41 |
Turistlərin 2018-ci ildə ən çox pul xərclədikləri şəhərlər:
# |
Şəhər |
2018-ci ildə turistlərin ümumi xərci, mlrd. $ |
1 |
Dubay (BƏƏ) |
30,82 |
2 |
Məkkə (Səudiyyə Ərəbistanı) |
20,09 |
3 |
Banqkok (Tailand) |
20,03 |
4 |
Sinqapur (Sinqapur) |
16,56 |
5 |
London (Böyük Britaniya) |
16,47 |
6 |
Nyu-York (ABŞ) |
16,43 |
7 |
Paris (Fransa) |
14,06 |
8 |
Tokio (Yaponiya) |
13,77 |
9 |
Palma-de-Malyorka (İspaniya) |
12,69 |
10 |
Phuket (Tailand) |
12,01 |