27 sentyabr - Ümumdünya Turizm Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qız qalası meydanında “Beynəlxalq Turizm Günü” adlı festival keçirilib.
APA-nın xəbərinə görə, festivalda İndoneziya, Türkiyə, Hindistan, Özbəkistan, Meksika, İran, Macarıstan, Koreya, Yunanıstan, Polşa və digər ölkə səfirliklərinin nümayəndələri iştirak edib.
Festivalda iştirak edən ölkələr öz stendlərində ölkələrinin mədəniyyəti, mətbəxi və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı məlumatlar verib, suvenirlər nümayiş etdiriblər. Festivalda iştirak edən hər kəs həmin ölkələrin bələdçi xəritələri, ölkədə təhsil imkanlarının əks olunduğu kitablar, bukletlər, broşürlərlə də tanış olublar.
Festivalın keçirilməsində əsas məqsəd mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, Ümumdünya Turizm Təşkilatının Baş Qərargahı tərəfindən 1979-cu ildə təsis edilən Ümumdünya Turizm Günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur.