Bank Of Baku

“Şahdağ” Turizm Mərkəzində qış mövsümü açılıb

“Şahdağ” Turizm Mərkəzində qış mövsümü açılıb
# 18 dekabr 2017 09:07 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində altıncı qış mövsümü dekabr ayının 16-dan etibarən açıq elan edilib.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, mövsümün açılışında qış yarmarkası və konsert proqramı təşkil olunub.

 

Gün ərzində mərkəzi 3000-dən çox turist ziyarət edib. Keçən il qış mövsümü ərzində 95 mindən çox turist qəbul edən mərkəzə üz tutan turistlərin, eləcə də xarici turistlərin sayı ilbəil artdığından bu mövsümün keçən ilki rəqəmləri üstələyəcəyi proqnozlaşdırılır.

 

Bu il də xizək və snoubord sürmə ilə yanaşı 13 müxtəlif qış əyləncəsi turistlərin ixtiyarına verilib. Ənənəvi əyləncələr sırasına parapalan (dağ paraşütü) xidməti də əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR