Bank Of Baku

“World Travel Channel” telekanalı Azərbaycanın turizm potensialını əks etdirən sənədli film çəkir

“World Travel Channel” telekanalı Azərbaycanın turizm potensialını əks etdirən sənədli film çəkir
# 14 may 2013 07:59 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva –APA.  Türkiyənin  “World Travel Channel” telekanalının 4 nəfər əməkdaşı Azərbaycanda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycanın turizm potensialını əks etdirən sənədli filmin hazırlanması və Türkiyənin "World Travel Channel" telekanalında yayımlanmasıdır. 


Bununla əlaqədar mayın 8-18-də  Bakı, Quba, İsmayıllı, Şəki, Qəbələ, Lerik, Lənkəran, Naftalan və  Gəncədə çəkilişlərin aparılması nəzərdə tutulub.


Qeyd edək ki, “World Travel Channel” telekanalın əməkdaşları Azərbaycana 2012-ci ildə də Bakıda keçirilən "AİTF" Beynəlxalq Turizm və Səyahət Sərgisi çərçivəsində səfər edib.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR