Bank Of Baku

Daşkənddə “Böyük İpək Yolu ilə turizm” 19-cu Beynəlxalq Turizm Yarmarkası keçirilir

 Daşkənddə “Böyük İpək Yolu ilə turizm” 19-cu Beynəlxalq Turizm Yarmarkası keçirilir
# 10 oktyabr 2013 10:54 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Daşkənddə “Böyük İpək Yolu ilə turizm” 19-cu Beynəlxalq Turizm Yarmarkası işə başlayıb. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan da daxil olmaqla dünyanın 40-dan artıq ölkəsindən gəlmiş turizm şirkət və firmaları, mehmanxana biznesi sahəsinin mütəxəssisləri, dövlət strukturlarının nümayəndələri iştirak edir. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanı nazirliyin əməkdaşları Mahir Qəhrəmanov və Cəmil Kəlbəliyev təmsil edirlər.  Azərbaycan üçün ayrılmış pavilyonda dövlətimizin bayrağı, turizm potensialını əks etdirən reklam-çap materialları, müxtəlif kitab və bröşurlar, suvenirlər, milli musiqi alətləri nümayiş etdirilir, iştirakçılara reklam-çap materialları paylanır.

 

Tədbirdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Azəri qızları" uşaq rəqs ansamblı və "Azərbaycanım" musiqi qrupu çıxışı  edib. Turizm yarmarkası 3 gün davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR