Bank Of Baku

"Qafqaz" hotelləri Novruz bayramı münasibətilə xüsusi kampaniyaya start verib

"Qafqaz" hotelləri Novruz bayramı münasibətilə xüsusi kampaniyaya start verib
# 23 fevral 2016 13:30 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda daxili turizmin inkişafına dəstək məqsədilə fevralın 20-21-də Qəbələdə "Turizmin inkişafında KİV-in rolu və funksiyası" adlı tədbir keçirilib.

 

"APA-Economics" xəbər verir ki, tədbirə Azərbaycanın ən müasir və peşəkar hotel brendlərindən olan "Qafqaz" hotellərinin ev sahibliyi və sponsorluq edib. Azərbaycanın əksər aparıcı KİV nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə bölgənin turizm potensialı, eyni zamanda Azərbaycanda 13, Qəbələ rayonunda 8 hoteli olan Qafqaz Hotelləri Qrupu barədə ətraflı məlumat verilib, hotellərin imkanları tanıdılıb.

 

Ekskursiyaya "Yengicə Thermal and SPA" hotelindən tanışlıqla başlayıb. Təbiətin sakit guşəsində, Yengicə isti su vannaların mənbəyində yerləşən hotel şəhər stressindən uzaqda dincəlmək və peşəkar həkimlərin müşayiəti ilə müalicə almaq üçün ideal məkandır. Hotelin ən cazibədar tərəflərindən biri isti su vannaları ilə yanaşı Naftalan vannalarının mövcudluğudur. Yay aylarında balıq həvəskarları üçün hotel xüsusilə maraqlıdır. Yaxınlıqdakı göldən balıq tutaraq manqalda bişirmək bu məşğuliyyətin həvəskarları üçün əvəzedilməz zövqdür.

 

5 ulduzlu Qafqaz Sport Hotelə gələn KİV nümayəndələri bölgənin turizm imkanları barədə müəyyən fikir mübadiləsi apardıqdan sonra şam yeməyinə qonaq edildilər.

 

Fevralın 21-də KİV nümayəndələri Qafqaz Sport Hoteldən Qafqaz Tufandağ Hotelə yollanıb. Qafqazın ən müasir dağ-xizəkçilik məkanlarından biri olan Qafqaz Tufandağ Hoteli müasir infrastrukturu ilə xizəksevərlərin əvəzedilməz məkanlarından biridir. 2015-ci ildə istismara verilən hotel yerləşməsi, rahatlığı və yüksək xidmət səviyyəsi ilə rəqiblərindən bir addım öndədir. Tufandağ Hoteli həm həftə içi, həm də xüsusi həftəsonu paketləri ilə müştərilərinə cazibədar təkliflər edir. 2 nəfər üçün 179 manat ödəyərək müştərilər burda 2 nəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitness, ödənişsiz xizək dəsti, ödənişsiz xizək geyimləri, xizək xəttinə buraxılış kartı, eyni zamanda hoteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec çıxış (16:00-a qədər) imkanları da əldə edə bilirlər.

 

Qafqaz Hotellərinin səlahiyyətli nümayəndəsi bildirib ki, Novruz bayramı münasibətilə 19-28 mart tarixlərində xüsusi kampaniyaya start veriblər. Artıq arzu edənlər 72 manatdan başlayan iki nəfərlik otaq qiymətləri ilə (gecələmə, səhər yeməyi, internet, SPA və fitness qiymətə daxildir) 22-24 mart tarixlərində isə 116 manatdan başlayan 2 nəfərlik otaq qiymətləri ilə (Gecələmə, səhər yeməyi, SPA, Bayram Şou Proqramı - Musiqiçilər, aparıcılar, DJ-lər, keçəl və kosa, köpük şousu, klounlar, rəqqas və rəqqasələr, sehrbazlar və s.) qonaq ola bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR