Bank Of Baku

"Şahdağ" Turizm Kompleksində 3 mehmanxana xarici şirkətə icarəyə verilib

"Şahdağ" Turizm Kompleksində 3 mehmanxana xarici şirkətə icarəyə verilib
# 10 iyul 2013 09:06 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. İyulun 9-da "Şahdağ" Qış-Yay Turizm Kompleksi və Andorranın "PGI Management" şirkəti arasında saziş imzalanıb.

 

APA-nın xəbərinə görə, sazişə əsasən, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin ərazisindəki "Zirvə", "Gaya Residence" və "Shahdag Hotel&SPA" mehmanxanalarının idarəçiliyi 3 il müddətinə "PGI Management" şirkətinə verilib. 
 

1955-ci ildən fəaliyyət göstərən "PGI Management" şirkəti Andorranın ən böyük turizm operatoru və turizm kurortlarının sahibidir. Şirkət ildə 5 milyon turistə xidmət göstərir, Portuqaliya, İspaniya, Rusiya və digər ölkələrdə mehmanxana biznesinə malikdir. 
 

2012-ci ilin noyabrından 2013-cü ilin martında qış mövsümü başa çatanadək "PGI Management" şirkəti "Şahdağ" Qış-Yay Turizm Kompleksində texniki xidmətlərə rəhbərliyi həyata keçirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR