Mədəniyyət və Turizm Nazirliyinin "Şahdağ Turizm Mərkəzi" QSC maliyyə işləri üçün konsaltinq xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b nömrəli ünvana müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 19 oktyabr 2017-ci il saat 11:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.
Kotirovka təklifləri Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b nömrəli ünvanda 20 oktyabr 2017-ci il saat 15:00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.