Bank Of Baku

Amerikanın məşhur saytı Bakını ən yaxşı turizm məkanlarından biri elan edib

Amerikanın məşhur saytı Bakını ən yaxşı turizm məkanlarından biri elan edib
# 22 dekabr 2014 15:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Amerikanın məşhur səyahət saytı olan "Tripadvisor"un apardığı tədqiqatlar nəticəsində 2014-cü ilin nəticələrinə əsasən Bakı ən yaxşı turizm məkanlarından biri hesab edilib.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, Bakı Asiya regionunda "Yüksələn turizm məkanları" kateqoriyasında 6-cı yer tutub.

 

Araşdırma səyahət etdikləri ölkə və ya şəhər barədə öz təəssüratlarını bölüşən milyonlarla turistin rəylərinin təhlili əsasında aparılıb. "Yüksələn turizm məkanları" kateqoriyası ilə yanaşı, bu kateqoriya üzrə ən yaxşı mehmanxanalar, çimərliklər, restoranlar, adalar və s. müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR