Bank Of Baku

Azərbaycan “İMEX 2014” beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan “İMEX 2014” beynəlxalq turizm sərgisində iştirak edəcək
# 15 may 2014 08:44 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bu il ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Konqreslər Bürosu, yerli turizm şirkətləri və mehmanxanalar “İMEX 2014” beynəlxalq turizm sərgisində iştirak edəcək.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, mayın 20-dən 22-dək Frankfurtda keçiriləcək "İMEX 2014" beynəlxalq işgüzar turizm sərgisində təşkil olunacaq Siyasətçilərin Forumunda Azərbaycan nümayəndə heyətinə nazir müavini Nazim Səmədov başçılıq edəcək.

 

Nazirlikdən bildiriblər ki, sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 40 kv.m sahədə lövhə quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

 

Rəsmi məlumatlara əsasən, ötən il sözügedən tədbirdə 157 ölkədən 3500-ə yaxın iştirakçı təmsil olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR