Bank Of Baku

Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə “Müasir İpək yolu” adlı vahid turistik proqram yaradır

Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə “Müasir İpək yolu” adlı vahid turistik proqram yaradır
# 08 may 2015 08:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Türkiyə “Müasir İpək yolu” turistik proqramı üzərində çalışırlar.

 

APA-Economics”in “Veçerniy Bişkek” nəşrinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Maksat Çakiyev məlumat verib.

 

Nazir müavini bildirib ki, proqram sözügedən türkdilli dövlətlər arasında vahid turist marşrut xəttinin yaradılmasını ehtiva edir.

 

Onun sözlərinə görə, “Müasir İpək yolu” proqramının təşkil olunması ilə bağlı razılığa 2014-cü ildə gəlinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR