Bank Of Baku

Azərbaycan Barselonada beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan Barselonada beynəlxalq turizm sərgisində iştirak edir
# 20 noyabr 2013 10:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Barselonada "EİBTM 2013" Beynəlxalq Turizm Sərgisi keçirilir.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanı sərgidə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Sərgidə Azərbaycandan 4 yerli turizm şirkəti, iki mehmanxana və Konqreslər Bürosu iştirak edir.

 

Nazirlikdən bildiriblər ki, Azərbaycanın turizm imkanlarını əks etdirən 51 kv. m sahədə lövhə quraşdırılıb, sərgiyə gələn ziyarətçi və iştirakçılar paylanması üçün ingilis və ispan dillərində müxtəlif növ reklam məhsulları çap olunub. Mədəniyyət və Turizm Nazirliyi ilk dəfədir ki, "EİBTM" Beynəlxalq Turizm Sərgisində iştirak edir.

 

Sərgidə bu il müxtəlif ölkələrdən 3100-ə yaxın şirkət təmsil olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR