Bakı. Xanım Nağıyeva – APA-Economics. Mayın 6-9-da BƏƏ-nin Dubay şəhərində "ATM 2013" Beynəlxalq Turizm Sərgisi keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sərgidə Azərbaycanı nazir müavini Nazim Səmədovun rəhbərliyi ilə Turizm şöbəsinin Xarici turizm sektorunun böyük məsləhətçisi Cəfər Qarayev, Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Azər Orucov və bir sıra yerli mehmanxanaların təmsilçilərindən ibarət nümayəndə heyəti təmsil edir.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirmək üçün 50 kv. m sahədə lövhə quraşdırılıb, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və ərəb dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.
Sərgidə Azərbaycanla yanaşı, 91 ölkədən 2500-ə yaxın ölkə iştirak edir.