Bank Of Baku

Azərbaycan Kiyevdə keçirilən beynəlxalq turizm sərgisində iştirak edib

Azərbaycan Kiyevdə keçirilən beynəlxalq turizm sərgisində iştirak edib
# 28 mart 2014 14:56 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Kiyevdə keçirilən "UITT 2014" beynəlxalq turizm sərgisi bu gün başa çatıb.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, ölkəmizi sərgidə "Regea Travel" və "Proxy Travel" turizm şirkətləri təmsil edib.

 

Sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 49 kv. m sahə icarəyə götürülüb. Stend sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

 

Nazirlikdən bildiriblər ki, bu il keçirilən "UİTT 2014" beynəlxalq turizm sərgisində Azərbaycanla yanaşı 22 ölkədən 600-ə yaxın şirkət iştirak edib.

 

Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR