Bank Of Baku

Azərbaycan Koreyada keçirilən turizm sərgisində təmsil olunur

Azərbaycan Koreyada keçirilən turizm sərgisində təmsil olunur
# 23 iyun 2015 07:02 (UTC +04:00)

Bakı-APA. Koreya Respublikasının Dequ şəhəri və Qyonqsanqbuk əyalətinin Turizm Assosiasiyalarının və KOTFA Co. Ltd şirkətinin birgə dəstəyi və təşkilatçılığı ilə “13-cü Dequ Qyonqbuk Səyahət Sərgisi” the 13th Tour Expo Daegu Gyeonbuk) keçirilir.

 

Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgidə səfirlik “Azərbaycan köşkü” ilə təmsil olunur.

 

200-dək yerli və xarici səyahət şirkəti, yerli turizm təşkilatları, həmçinin Koreya Respublikasında akkreditə olunmuş Səfirliklərin qatıldığı “13-cü Dequ Qyonqbuk Səyahət Sərgisi”ndə pozitiv PR və marketinq ilə turizm sənayesinin inkişafına böyük töhfə verdiyinə görə səfirlik təşkilatçılar tərəfindən “Ən Yaxşı Turizm Marketinqi Mükafatına” layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR