Bakı. Cavid Zeynalov – APA. Azərbaycan kurortlarının təbliği məqsədilə reklam çarxları çəkilib.
APA-nın məlumatına görə, Azərbaycanın turizm potensialının Rusiyanın turizm bazarında təbliğ olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən növbəti layihəyə start verilib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişinə əsasən "Salnamə" kinostudiyası tərəfindən "Azərbaycanın kurortları - Naftalan" və "Azərbaycanın mətbəxi" adlı reklam çarxları hazırlanıb. Həmin çarxların Rusiyanın «Моя Планета», «Наука 2.0», «Москва 24», «Спорт», «Первый» telekanallarında yayımlanması nəzərdə tutulub.