Bank Of Baku

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm obyektlərinə iyunun 15-dək vaxt verib

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm obyektlərinə iyunun 15-dək vaxt verib
# 29 may 2013 10:44 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm regionlarında monitorinqlər keçirir.

 

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan mədəniyyət və turizm naziri Əbulfəs Qarayev bildirib.


Onun sözlərinə görə, monitorinqdə Səhiyyə, İqtisadi İnkişaf nazirliklərinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri də iştirak edirlər: “Biz turizm obyektlərinə monitorinqdən əvvəl öz nöqsanlarını aradan qaldırmaq üçün imkan verdik. İstəyirik ki, turistlərin istirahəti mənalı keçsin, ekskursiyalar təşkil olunsun, onların istirahəti tək hoteldə qalmaqla məhdudlaşmasın”.


Ə.Qarayev qeyd edib ki, monitorinq heç də bütün turizm zonalarının yay mövsümünə hazır olmadığını göstərib: “Onlara iyunun 15-nə qədər vaxt verilib ki, aşkarlanan çatışmazlıqlar aradan qaldırılsın”.

 

Nazir əlavə edib ki, keçən il ilə müqayisədə bu il turizm sahəsində qiymətlər 10-20% ucuzlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR