Bank Of Baku

Azərbaycan Tehranda keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq

Azərbaycan Tehranda keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq
# 15 fevral 2016 15:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan 16-19 fevral tarixində Tehranda keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanı sərgidə nazirliklə yanaşı, 10 yerli turizm şirkəti və mehmanxana təmsil edəcək.

 

Azərbaycanın turizm imkanlarını əks etdirən 32 kv.m sahədə stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

 

Nazirlik bu sərgidə ikinci dəfədir iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR