Bakı. Turan Şakir – APA. Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun başçılıq etdiyi nümayəndə heyəti Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 95-ci iclasında iştirak edir. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində nümayəndə heyətinin təşkilatın işi ilə yanaşı, bir sıra ikitərəfli görüşlərdə iştirakı da nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan qurumun İcraiyyə Şurasının üzvlüyünə namizədliyini irəli sürüb. Seçki təşkilatın Baş Assambleyasının 2013-cü ilin avqustunda Zambiyada keçiriləcək 20-ci sessiyasında olacaq.