Bank Of Baku

Azərbaycan və Krım turizm sahəsində əməkdaşlığı dərinləşdirmək istəyir

Azərbaycan və Krım turizm sahəsində əməkdaşlığı dərinləşdirmək istəyir
# 22 may 2013 10:44 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA-Economics. Azərbaycan baş nazirinin müavini Abid Şərifov Ukraynanın Krım Muxtar Vilayətinin Nazirlər Sovetinin sədr müavini Georgi Psarevlə görüşüb.

 

APA-Economics”in xəbərinə görə, bu barədə Krımın kurortlar və turizm naziri Aleksandr Liyev açıqlama verib.

 

Onun sözlərinə görə, görüşdə əsas müzakirə mövzusu turizm sahəsində ikitərəfli münasibətlər olub: “Hazırda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin başçılıq etdiyi nümayəndə heyəti Krımda səfərdədir. Heyət yarımadanın dörd bölgəsində 14 obyektə baxış keçirib və onlardan 10-nu bəyənib. Azərbaycandan müxtəlif sosial qrupların bu sağlamlıq obyektlərində istirahətinə sentyabrdan başlanacaq”.

 

Öz növbəsində A.Şərifov Krım və Azərbaycan arasında turizm axınının artmasından razılığını bildirib: “Turizm axınının daha da artması üçün regionlar arasında birbaşa aviareyslərin açılması zəruridir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR