Bank Of Baku

Azərbaycana gələn turistlərə elektron viza verilməsi müddəti 3 gündən 3 saata endirilir

Azərbaycana gələn turistlərə elektron viza verilməsi müddəti 3 gündən 3 saata endirilir
# 14 dekabr 2017 12:33 (UTC +04:00)

Azərbaycana gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən geci 3 saata qədər baxmaq mümkün olacaq.

 

APA-nın məlumatına görə, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında bununla bağlı “Turizm haqqında” qanunun 7-1 (Turizm vizası) maddəsinə əlavə müzakirəyə çıxarılıb.
 

Layihəyə əsasən elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat müddətinə müraciətə baxılacaq.

 
Qeyd edək ki, hazırda ölkəyə gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən tez 3 iş gün müddətinə baxılır.


Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR