Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən diplomatlar üçün Qusara infotur təşkil edilib

Azərbaycanda fəaliyyət göstərən diplomatlar üçün Qusara infotur təşkil edilib
# 21 may 2014 15:20 (UTC +04:00)

Qusar - Vəli Turan - APA. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən 30 ölkənin diplomatik nümayəndəliklərinin təmsilçiləri üçün Qusar rayonuna infotur təşkil edib. APA-nın şimal bürosunun xəbərinə görə, qonaqlara Qubanın tarixi, təbiəti və turizm potensialı haqqında məlumat verilib. Diplomatlar Şahdağ Qış-Yay Turizm Kompleksində olublar. Qusar Mədəniyyət Evində onlar incəsənət ustalarının çıxışlarını izləyiblər, daha sonra Rəsm Qalereyasında, Tarix-Diyarşünaslıq Muzeyində və Heydər Əliyev Mərkəzində olublar.

 

İki günlük infoturun məqsədi xarici diplomatları Azərbaycanın, xüsusilə də Quba-Qusar bölgəsinin zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi və adət və ənənələri ilə tanış etməkdir.

 

Azərbaycanın turizm potensialı ilə tanışlıq və təbliğat məqsədilə bu cür turların mütəmadi keçirilməsi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR