Bank Of Baku

Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımalarına dair tələblər müəyyənləşdirilib

Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımalarına dair tələblər müəyyənləşdirilib
# 04 may 2016 23:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na  dəyişiklik edib.

 

APA-nın məlumatına görə, dəyişiklik qeyri-müntəzəm sərnişin daşımalarının müəyyən edilməsi  ilə əlaqədardır.

 

Qaydaya əsasən qeyri-müntəzəm sərnişin daşımaları  taksi minik avtomobilləri ilə daşımalar istisna olmaqla, sərnişin daşınması müqaviləsi, sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi əsasında əvəzi ödənilməklə yerinə yetirilən sərnişin daşımalardır. Qeyri-müntəzəm sərnişin daşımalarına turizm və ekskursiya, kütləvi tədbirlər və istirahət yerlərinə yerinə yetirilən, habelə müntəzəm sərnişin daşımalarına aid olmayan sərnişin daşımaları aiddir.

 

Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilməyən hallar da müəyyən edilib. Bura müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə daşımaları yerinə yetirmək və  müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinləri mindirmək və düşürmək daxildir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR