Bank Of Baku

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1,3 milyona çatıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1,3 milyona çatıb
# 03 oktyabr 2017 10:09 (UTC +04:00)

Gürcüstana səfər edən əcnəbilərin sayına görə Azərbaycan vətəndaşları birinci yeri qorumaqdadır.

APA-nın yerli bürosunun xəbərinə əsasən, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində qonşu ölkəyə Azərbaycandan səfər edənlərin sayı 1 mln. 299,789 min nəfər təşkil edib. Bu isə ötən ilin analoji göstəricisindən 11% çoxdur.

 

Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze bugünkü mətbuat konfransında bildirib ki, cari ilin ilk 9 ayı ərzində Gürcüstana səfər edən əcnəbilərin ümumi sayı 5 mln. 822,835 min nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 19,2% çoxdur.


Qonşu ölkəyə ən çox səfər edən xarici ziyarətçilər arasında ilk üçlükdə Azərbaycanla yanaşı Ermənistan (1 mln. 247,708 min nəfər) və Rusiya vətəndaşları (1 mln. 112,793 min nəfər) yer alıb.

2017-ci ilin yanvar-avqust aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 29,1% artaraq 1 mlrd. 859,6 mln. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR