Bakı. Aynur Əliyeva - APA-Economics. Son vaxtlar Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivallarının keçirildiyini, ölkəmizə gələn turistlərin ildən-ilə artdığını nəzərə alınaraq bölgələrdə ölkənin milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının istehsal olunacaq.
“APA-Economics”in məlumatına görə, istehsal olunacaq suvenir və xatirə əşyaları sırasında tikiş, toxuma, heykəltəraşlıq, oyma sənəti nümunələri, aksesuarlar və s. yer alacaq. Bununla yanaşı, gələn il ölkəmizdə keçiriləcək Avropa Olimpiya Oyunlarına da suvenirlər həsr olunacaq.
Suvenirlərin bu ilin yay mövsümünə hazır olması nəzərdə tutulub. Bu ideya fərdi sahibkar tərəfindən reallaşdırılır.