Bank Of Baku

Bakı və Batumi rusiyalı turistlər üçün Misir və Türkiyəyə alternativ olaraq təklif edilir

Bakı və Batumi rusiyalı turistlər üçün Misir və Türkiyəyə alternativ olaraq təklif edilir
# 02 dekabr 2015 13:50 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiyada fəaliyyət göstərən turizm şirkətləri Misir və Türkiyəyə turist səfərlərinin qadağan olunmasını bu sektor üçün ciddi problem hesab edir.

 

"APA-Economics" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Omsk şəhərində keçirilən regional turizm şirkətlərinin rəhbərlərinin görüşündə bildirilib.

 

Şirkət rəhbərləri hesab edir ki, Misirlə Türkiyəni rusiyalı turistlər üçün Gürcüstan və Azərbaycan əvəz edə bilər.

 

"Təbii ki, bizim turistlərin Misir və Türkiyəyə səfər edə bilməməsi bu sektor üçün ciddi itkidir. Lakin rusiyalı turistlər bayramları Gürcüstanın Batumi, Azərbaycanın paytaxtı Bakı şəhərində, o cümlədən Dubayda keçir bilərlər", - deyə .

 

Onlar hesab edir ki, hazırda rus turistlər üçün Bakı, Batumi və Dubay istiqamətində turistik səfərlərin daha əlçatan olması üçün zəruri addımlar atılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR