Bank Of Baku

Bakıda illik Workshop keçiriləcək

Bakıda illik Workshop keçiriləcək
# 15 fevral 2017 13:26 (UTC +04:00)

Fevralın 16-da Bakıda turizm biznesinin peşəkarları üçün “B2B Luxury & MICE Workshop” illik Workshop keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirin təşkilatçıları Azərbaycandan olan tərəfdarları ilə birgə Britaniyanın “TMI Consultancy” konsaltinq şirkətidir.

 

Eyni zamanda Almatıda və Tbilisidə keçiriləcək Workshoplar “B2B Luxury & MICE Workshop” layihəsinin bir hissəsidir. 

 

Workshop təşkilatçıların xarici qonaqlar üçün xüsusi olaraq hazırladıqları Azərbaycandan xaricə turizm bazarının təqdimatı ilə başlayacaq. Bu təqdimat çərçivəsində “B2B Luxury & MICE Workshop”  Bakıda aparıcı turizm agentiklərinin nümayəndələri, ekspertlər ilə sual-cavab formatında diskussiya təşkil edəcək. 

 

“B2B Luxury & MICE Workshop”da ilk dəfə “Belmond” (dünya üzrə), “Grecotel” (Yunanıstan), “Kilit Hospitality Group” (Türkiyə) və “Vichy Célestins Spa Hôtel” (Fransa) kimi məşhur və nüfuzlu hotel və hotellər qrupu iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR