Bakı. Anaxanım Hidayətova - APA-Economics. Aprelin 3-4-də Bakıda Ümumdünya Turizm (ÜTT) Təşkilatının Avropa regional komissiyasının 57-ci iclası və turizm üzrə effektiv konsepsiyaların inkişafına dair seminar keçiriləcək.
“APA-Economics”in tədbirin rəsmi saytına istinadən xəbərinə görə, açılış mərasimində ÜTT-nin baş katibi Taleb Refai və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edəcək.
Tədbir çərçivəsində Avropada turizmin genişləndirilməsi və möhkəmləndirilməsi müzakirə ediləcək, mövzu ilə bağlı seminar və sessiyalar baş tutacaq.