Cəzaçəkmə müəssisinə mobil telefon keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisinə mobil telefon keçirilməsinin qarşısı alınıb
# 25 noyabr 2014 15:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 16 saylı Cəzaçəkmə Müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 178.2.2; 178.2.3: 178.2.4; 313 və 66.3 maddələrinə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əsgərağa Abış oğlu Sadatovun yanına qısamüddətli görüşə gəlmiş bacısı Səyyarə Abış qızı Sadatovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasının içərisindən 1 ədəd mobil telefon aparatı, 1 ədəd danışıq kartı aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR