Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycanı turizmin inkişaf etmiş ölkələrin səviyyəsində görməyi arzulayırıq”

Əbülfəs Qarayev: “Azərbaycanı turizmin inkişaf etmiş ölkələrin səviyyəsində görməyi arzulayırıq”
# 12 iyun 2014 09:12 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Azərbaycanda turizm sənayesi son illərdə yeni mərhələyə qədəm qoyub. Biz Azərbaycanın turizm inkişafı tempini və onun formalaşdırılması proseslərini təhlil etsək, görərik ki, 2001-ci ildən etibarən bu prosesi 3 mərhələyə bölmək olar”.


APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi" tvinninq layihəsinin tamamlanmasına dair konfransda çıxışı zamanı deyib.


Nazir qeyd edib ki, çətin dövrlərdən keçmiş, işğala məruz qalmış Azərbaycan dünyaya yenidən açmaq niyyətini göstərir: "Həmin illərin əsas məqsədi o idi ki, biz ölkəmizi tanıtmalı idik, dünya xəritəsində Azərbaycanın turizm anlayışının mövcud olmasını bəyan etməli idik. O dövrdə qanun işlənildi, bəzi dəyişikliklər olundu, Dövlət Proqramı qəbul edildi. Həmin proses baxımından artıq xəritədə Azərbaycanın mövcudluğunu sübut etməyə nail olduq, Azərbaycan Ümumdünya Turizm Təşkilatına üzv oldu. İkinci mərhələdən başlayaraq Azərbaycana turistlərin gəlişi artmağa başladı, Azərbaycan dünyada müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən, beynəlxalq qurumlarda öz sözünü deyən ölkə kimi tanındı. Azərbaycana diqqət dəfələrlə artdı".


Ə.Qarayev regionlarda da turizmin inkişafına diqqət çəkərək bildirib ki, artıq regionlarda da beşulduzlu hotellər inşa edilib: “Üçüncü mərhələ bu tvinninq layihəsinin başlanması ilə eyni vaxta təsadüf edib. Biz artıq Azərbaycanı turizmin inkişaf etmiş ölkələrin səviyyəsində görməyi arzulayırıq. Üçüncü mərhələnin əsas meyarlarından biri odur ki, biz beynəlxalq təcrübəni daha ciddi tətbiq etmək istəyirik. Ona görə də bu tvinninq layihəsi bizim üçün çox əlverişli və vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR