Bank Of Baku

Misir nümayəndə heyəti apreldə Azərbaycana səfər edəcək

Misir nümayəndə heyəti apreldə Azərbaycana səfər edəcək
# 31 mart 2016 15:29 (UTC +04:00)

Qahirə. Türbət Bağırova - APA. “Misir və Azərbaycan yaxın xalqlardır, mən bunu Azərbaycan rəhbərliyi ilə keçirdiyim görüşlərdə bir daha hiss etdim”.

 

APA-nın xəbərinə görə, bu barədə Misirin Cənubi Sinay bölgəsinin qubernatoru Xalid Fuda azərbaycanlı jurnalistlərlə görüşü zamanı deyib.

 

X. Fuda bildirib ki, Azərbaycana səfəri zamanı Qəbələ şəhəri ilə qardaşlıq sazişi bağlanıb və qarşı tərəfə 3-4 həftə öncə rəsmi dəvət göndərilib. Onun sözlərinə görə, şəhərlərin qarşılıqlı təbliği ilə bağlı bəzi məsələlər həll edilməli, Qəbələ rayon icra başçısı Şarm əl Şeyxə gəlməlidir və nümayəndə heyətlərinin görüşü keçirilməlidir. Qubernator qeyd edib ki, gələn ay Misir nümayəndə heyəti turizmlə bağlı Azərbaycan, Qazaxıstan və Gürcüstana səfər edəcək. Səfərdə məqsəd dostluq əlaqələrinin, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.

 

Azərbaycandan Şarm əl Şeyxə birbaşa aviareysin açılması ilə bağlı prosedurun sürətlənəcəyinə ümidvar olduğunu bildirən X. Fuda qubernator olduğu bölgədə təhlükəsizlik məsələlərinə ciddi riayət olunduğunu diqqətə çatdırıb. “Şəhərin özündə təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Aeroportda təhlükəsizlik tədbirləri ilə bağlı Almaniya, Rusiya və İngiltərədən verilən təkliflər nəzərə alınıb və tam yerinə yetirilib. Aeroportumuzda 35 ildir təhlükəsizlik sahəsində heç bir problem yaşanmayıb. Lakin bəzi dövlətlər burada təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istədilər və biz də bunu etdik”.

 

Şarm əl Şeyxdə müxtəlif konfransların keçirildiyini vurğulayan qubernator mayda Şarm əl Şeyxin rabitə ilə bağlı 200-dək şirkətin iştirakı ilə tədbirə ev sahibliyi edəcəyini diqqətə çatdırıb: “Bütün bunlar dünyaya bir mesajdır. Bizdə təhlükəsizlik yüksək səviyyədədir. İndi isə növbə vətəndaşlarını bura gəlməyə imkan verməyən dövlətlərindir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR