Bank Of Baku

Fars dilində “Odlar diyarı - Azərbaycan” jurnalı nəşr olunub

Fars dilində “Odlar diyarı - Azərbaycan” jurnalı nəşr olunub
# 09 sentyabr 2016 15:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın İrandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Eligəşt” turizm şirkəti tərəfindən fars dilində “Odlar diyarı - Azərbaycan” adlı jurnal nəşr olunub. 

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, jurnalda paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da turizm potensialı əks etdirilib, Azərbaycanın gəzməli-görməli yerləri, mətbəxi və adət-ənənələri haqqında geniş məlumat yer alıb.

 

Nəşrdə Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, tarixi və memarlıq abidələri, muzeyləri və təbiəti haqqında da materiallar verilib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR