Bank Of Baku

Gürcüstana səfər edənlər arasında azərbaycanlı turistlər liderliyi əldən vermir

Gürcüstana səfər edənlər arasında azərbaycanlı turistlər liderliyi əldən vermir
# 04 iyul 2016 10:32 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin ilk yarısında Gürcüstana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artaraq 2 636 313 nəfər təşkil edib.

 

"APA-Economics" "Georgia Online" agentliyinə istindən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.

 

Hesabat dövründə turist qismində ölkəyə səfər edənlərin sayı 18,1% artaraq 1 011 680-ə çatıb.

 

Onun sözlərinə görə, yanvar-iyun aylarında Gürcüstana ən çox Azərbaycandan səfər olunub (+18,1%). İkinci yerdə Türkiyə (+4%), üçüncü yerdə Ermənistan (+1,4%), dördüncü yerdə Rusiya (+15,6%), beşinci yerdə isə Ukrayna (+26,3%) qərarlaşıb. Yeri gəlmişkən, Azərbaycan bu sahədə ilin əvvəlindən liderliyi əldən vermir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR