Bank Of Baku

Gürcüstanın turizmdən aylıq gəliri 400 mln. dollara yaxınlaşır

Gürcüstanın turizmdən aylıq gəliri 400 mln. dollara yaxınlaşır
# 29 sentyabr 2017 14:23 (UTC +04:00)

Cari ilin avqust ayında Gürcüstan xarici turizmdən 390,9 mln. dollar gəlir əldə edib.

 

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 92,9 mln. dollar çoxdur.

Avqust ayında qonşu ölkəyə 1 080 449 nəfər əcnəbi səfər edib. Bu da ötən ilin göstəricisindən 27,4% çoxdur. Turistlərin sayında artım ölkədə mehmanxana və restoran sektorunda 18,5% artıma səbəb olub.

 

Qeyd edək ki, ötən ay Gürcüstana səfər etmiş əcnəbilərin 220 314 nəfəri Azərbaycan vətəndaşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR