Bank Of Baku

Hacı Nuran: “Dövlətimiz Bakı Şopinq Festivalı kimi layihəyə başlamaqla böyük bir işə imza atıb”

Hacı Nuran: “Dövlətimiz Bakı Şopinq Festivalı kimi layihəyə başlamaqla böyük bir işə imza atıb”
# 10 noyabr 2017 09:19 (UTC +04:00)

“Dövlətimiz Bakı Şopinq Festivalı kimi layihəyə başlamaqla böyük bir işə imza atıb”.

 

Bunu www.bakushopfest.com saytına açıqlamasında xeyriyyəçi Hacı Nuran deyib.

 

Hacı Nuran festivalın ildə iki dəfə təşkil olunması ilə bağlı fikri “müsbət ideya” adlandıraraq bunun festivalın ən yaxşı cəhətlərindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, həm yaz, həm də payızda keçirilən festival insanlara hər mövsümdə sərfləli qiymətə alış-veriş etmək imkanı yaradır: “Bundan başqa, festivalın artıq ikinci dəfə keçirilməsi həm alıcıların, həm də biznes adamlarının yüksək marağının göstəricisidir. Fikrimcə, şopinq festivalın ardıcıl keçirilməsi Azərbaycanın təcrübəsini zənginləşdirəcək. Eyni zamanda, əminəm ki, növbəti illərdə festival çərçivəsində bir çox yeniliklərə imza atılacaq. Bu isə festivalın əhatə dairəsinin genişlənməsinə və son nəticədə festivalın dünyada daha geniş miqyasda tanınmasına gətirib çıxaracaq. Nəticədə ölkəyə yeni brendlər gələ bilər. Əcnəbilər  üçün əlavə güzəştlər tətbiq edilsə, turist axını güclənəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR