Bank Of Baku

II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının beynəlxalq münsiflər heyətinin siyahısı açıqlanıb

II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının beynəlxalq münsiflər heyətinin siyahısı açıqlanıb
# 24 iyun 2014 09:31 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İyunun 25-dən 29-dək keçiriləcək II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının beynəlxalq münsiflər heyətinin siyahısı açıqlanıb.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, festivalın müsabiqə proqramında 37 ölkədən 68 film mübarizə aparacaq.

 

Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin 3 üzvü - Ayaz Salayev, Aynur Talıbova və Vüqar Şıxəmmədov Azərbaycan, 4 üzvü - Aleksandr Kammel, Spomenka Saraqa, Tofiq Şahverdiyev, Can Özbatur isə xarici ölkələrin təmsilçiləridir. 

 

Qeyd edək ki, Bakı Beynəlxalq Turizm Filmləri Festivalının informasiya dəstəkçilərindən biri APA İnformasiya Agentliyidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR