Bank Of Baku

İstanbulda Azərbaycan və Türkiyə turizm şirkətlərinin nümayəndə heyətlərinin görüşü keçiriləcək

İstanbulda Azərbaycan və Türkiyə turizm şirkətlərinin nümayəndə heyətlərinin görüşü keçiriləcək
# 15 yanvar 2015 17:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Yanvarın 22-də Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin turizm təşkilatı olan TÜRSAB-ın birgə təşkilatçılığı ilə biznes görüşləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, İstanbulda baş tutacaq görüşdə Azərbaycan və Türkiyə turizm şirkətlərinin və mehmanxanalarının 100 nəfərə yaxın nümayəndə heyəti iştirak edəcək: “Türkiyənin turizm şirkətləri, mehmanxanalar və muzeyləri özündə birləşdirən TÜRSAB turizm təşkilatının 9000-dən artıq üzvü var və artıq uzun müddətdir həm Mədəniyyət və Turizm Nazirliyi həm də Azərbaycan Turizm Assosiasiyası ilə adıçəkilən təşkilat arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR