Bank Of Baku

Komitə sədri: “Azərbaycanda halal turizmlə bağlı standartlar hazırdır”

Komitə sədri: “Azərbaycanda halal turizmlə bağlı standartlar hazırdır”
# 26 aprel 2017 10:10 (UTC +04:00)

“Azərbaycanda halal turizmin tətbiqi ilə bağlı standartlar hazırdır”.

 

APA-nın xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
 

Dövlət Komitəsinin sədri qeyd edib ki, bu sahədə texniki komitələr yaradılıb: “Halal turizmin yaradılması üçün müəyyən baza standartları var ki, hazırda bununla bağlı texniki komitədə işlər gedir, heç bir problem yoxdur”.
 

Qeyd edək ki, Azərbaycanda halal turizmin tətbiqi təklif edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR