Bank Of Baku

Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar liderliyini qorumaqdadır

Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar liderliyini qorumaqdadır
# 02 avqust 2016 15:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin ilk 7 ayı ərzində Gürcüstana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6% artaraq 3 400 335 nəfər təşkil edib.

 

"APA-Economics" "Georgia Online" agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında deyilir.

 

Hesabat dövründə turist qismində ölkəyə səfər edənlərin sayı 17,5% və 208 436 nəfər artaraq 1 401 914-ə çatıb.

 

Yanvar-iyul aylarında Gürcüstana ən çox Azərbaycandan səfər olunub (+15,1%). İkinci yerdə Türkiyə (+1,6%), üçüncü yerdə Ermənistan (-0,8%), dördüncü yerdə Rusiya (+10,3%), beşinci yerdə isə Ukrayna (+24,3%) qərarlaşıb.

 

Yeri gəlmişkən, Azərbaycan bu sahədə ilin əvvəlindən liderliyi əldən vermir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR