Bank Of Baku

Masallıda turizm mövsümünə start verilib

Masallıda turizm mövsümünə start verilib
# 21 may 2013 10:07 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda təşkil olunmuş turizm sərgisi ilə rayonda turizm mövsümünün açılışına rəsmən start verilib. APA-nın Cənub bürosunun məlumatına görə, Masallı rayonun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin, yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə qonaqlar milli mətbəxin ləziz taamlarından dadmaqla bərabər, istirahət mərkəzlərinin təklif etdiyi xidmətlərlə tanış olublar.

 

Sərgidə həmçinin nümayiş etdirilən el sənətkarlarının əl işləri, müxtəlif eksponatlar maraqla qarşılanıb. Rayonun icra başçısı R.Hüseynov bu gün turizm sahəsində çalışan sahibkarların dövlət səviyyəsində dəstəkləndiyini qeyd etməklə bərabər, bir sıra turizm obyektlərində müəyyən çatışmazlıqların mövcud olduğunu onların nəzərinə çatdırıb.

 

Masallı rayon mədəniyyət və turizm şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hazırda rayonda 28 turizm mərkəzi fəaliyyət göstərir. Bu obyektlərdə gün ərzində 1 200 turistin istirahəti üçün münasib şərait yaradılıb. Masallıya gələn turistlərə 3 istiqamətdə marşrutlar üzrə ekskursiya xidmətləri təklif olunur. Bura əsasən rayonun gəzməli-görməli yerləri, zəngin flora və faunası, tarixi abidələri ilə tanışlıq daxildir.

 

Turizm mövsümünün açılışına həsr olunmuş tədbir yerli incəsənət xadimlərinin ifasında musiqi proqramı ilə davam edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR