Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi: Ötən il Azərbaycana 2 milyon 500 minə yaxın turist gəlib

Mədəniyyət və Turizm Nazirliyi: Ötən il Azərbaycana 2 milyon 500 minə yaxın turist gəlib
# 25 iyun 2014 15:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Son 5 il ərzində Azərbaycana gələn turistlərin sayı artıb”. APA-nın xəbərinə görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin təbliğat sektorunun müdiri Vüqar Şixəmmədov II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının başlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, təkcə ötən il Azərbaycana 2 milyon 500 minə yaxın turist gəlib.

 

V. Şıxəmmədov qeyd edib ki, ölkəyə daha çox qonşu ölkələrdən Rusiya, Türkiyə, İran və Gürcüstan, həmçinin Avropa ölkələrindən turistlər gəlir: “Azərbaycanın dünyada tanınması istiqamətində məqsədli və əməli iş aparılır. Ölkənin tanınmasında Azərbaycanla bağlı çəkilən reklam çarxlarının müstəsna rolu olub. Gələcək illərdə ölkədə keçiriləcək turizm festivallarının təcrübəsindən də istifadə ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR