Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi turizm sektoru ilə bağlı şəxslərə Turizmin Qlobal Etik Kodeksinə riayət etməyə tövsiyə edib

Mədəniyyət və Turizm Nazirliyi turizm sektoru ilə bağlı şəxslərə Turizmin Qlobal Etik Kodeksinə riayət etməyə tövsiyə edib
# 17 may 2013 10:10 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Ümumdünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş Turizmin Qlobal Etik Kodeksi Azərbaycan dilinə tərcümə olunub.

 

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Turizmin Qlobal Etik Kodeksi Ümumdünya Turizm Təşkilatının XIII Baş Assambleyası tərəfindən 1 oktyabr 1999-cu ildə qəbul edilib və turizm sahəsində münasibətlərin beynəlxalq səviyyədə tənzimlənməsində xüsusi əhəmiyyət kəsb edir.

 

Kodeksin Azərbaycan dilinə tərcümə edilmiş versiyası Ümumdünya Turizm Təşkilatının internet səhifəsində (http://ethics.unwto.org/en/content/full-text-global-code-ethics-tourism) yerləşdirilib.

 

Nazirlik turizm sənayesinin bütün nümayəndələrinə, həmçinin turistlərə və turizm sahəsi ilə əlaqəli şəxslərə bu sənədlə tanış olmağı və ona riayət etmələrini tövsiyə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR