Bakı. Cavid Zeynallı - APA. Qahirədə Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, görüş Misirin turizm nazirinin dəvəti ilə baş tutacaq.
Mövcud real vəziyyətlə, təhlükəsizliklə bağlı görülən işlər və turizm obyektləri ilə yerində tanış olmaq məqsədilə keçiriləcək ikitərəfli görüşlərdə iştirak etmək üçün nazirliyin nümayəndə heyəti Qahirədə səfərdədir.