Bakı. Cavid Zeynallı – APA. Münhendə Azərbaycanın turizm potensialının və milli mətbəx nümunələrinin təbliği məqsədi ilə tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir nazirliyin Almaniyadakı turizm təmsilçisi olan "Aviareps Tourism" şirkəti tərəfindən təşkil olunub.
Tədbirdə 25 nəfərdən ibarət Almaniyanın aparıcı turizm şirkətləri və media nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində Azərbaycanın turizm potensialına dair 20 dəqiqəlik təqdimat və həmçinin, ölkəmizin görməli yerlərinə dair kiçik sorğu keçirilib. Daha sonra isə yerli aşpaz tərəfindən Azərbaycanın milli yeməkləri olan kükü, qutab, dolma, plov və şirniyyat nümunələri şəkərbura, paxlava hazırlanmış, tədbir iştirakçılarına təqdim olunub.