Gəncə. Azər Məmmədli – APA. Hazırda Azərbaycanın qərb bölgəsində fəaliyyət göstərən hotellərin monitorinqi həyata keçirilir.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Onun sözlərinə görə, monitorinqin nəticələri xidmət səviyyəsinin artdığını göstərir: “Biz xidmətlərin müxtəlifliyini də izləyirik. Azərbaycanın qərb bölgəsində yerləşən mədəni ocaqların turizm xidmətləri inkişaf edir. Lakin nöqsanlar da var. Heç kəs gözləməməlidir ki, bir an içində bütün nöqsanlar aradan qaldırılacaq”.