Bank Of Baku

Nazir: «İstirahəti təşkil edən şirkətlər Turizm Etik Kodeksinə riayət etməlidirlər»

Nazir: «İstirahəti təşkil edən şirkətlər Turizm Etik Kodeksinə riayət etməlidirlər»
# 21 iyun 2013 12:54 (UTC +04:00)

Gəncə.  Azər Məmmədli – APA. «İstirahətə gedən turistlər torpağa, təbiətə və mədəni irsə xələl gətirməməlidir». APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev istirahət guşələrində və meşələrdə turistlərin yanğınlar törətməsi faktlarına münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, Ümumdünya Turizm Təşkilatının bütün bəşəriyyət üçün təsdiq etdiyi Turizmin Qlobal Etik Kodeksi var.

 

«Turizmin Etik Kodeksi ondan ibarətdir ki, hər bir səyahəti və istirahəti təşkil edən və istirahətə gedən insan ilk öncə öz torpağına, təbiətinə və mədəni irsinə xələl gətirməməlidir. Bu daha çox təbliğat işini tələb edir», - deyən nazir qeyd edib ki, bütün turizm şirkətləri ilə xüsusi imzalanmış bir müqavilə təsdiq edilib və ərazilərdə təşkil edilən istirahətlər zamanı Kodeks nəzərə alınmalı və onun maddələrinə riayət olunmalıdır.

 

«Biz aydın dərk etməliyik ki, insanlar mənzərəli yerlərə daha ürəklə gedirlər istirahət etməyə. Bu gün turistin meşənin içinə girməsi üçün hər hansısa qadağanın qoyulması mənə elə gəlir ki, tamamilə məntiqsiz olardı», - deyə Ə.Qarayev bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR