Bank Of Baku

Nazir müavini: "Turizm statistikasının hazırlanmasında həll olunmamış məsələlər mövcudur"

Nazir müavini: "Turizm statistikasının hazırlanmasında həll olunmamış məsələlər mövcudur"
# 01 iyun 2017 07:42 (UTC +04:00)

Turizm Şurası nəzdində yaradılmış Turizm statistikasının təkmilləşdirilməsi üzrə İşçi Qrupun 1-ci iclası keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, İşçi qrupu Turizm Şurası haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycanda etibarlı turizm statistikasının hazırlanması istiqamətində mexanizm və təkliflərin hazırlanması məqsədi ilə yaradılıb. 

 

Görüşdə nazir müavini Nazim Səmədovun sədrliyi ilə İqtisadiyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və digər qurumların nümayəndələri iştirak edib.

 

Nazim Səmədov Azərbaycanda turizm statistikasının hazırlanmasında inkişafın müşahidə olunduğunu, lakin buna baxmayaraq turizm statistikasının hazırlanmasında bir sıra həll olunmamış məsələlərin mövcud olduğunu və bu məsələlərin aradan qaldırılması istiqamətində işlərin aparılmasının vacibliyini vurğulayıb.

 

O qeyd edib ki, ölkədə son illər turizm sahəsinə dair bir sıra islahatlar aparılıb. Bu islahatların nəticələrini müşahidə etmək üçün turizm statistikasının önəmli olduğu diqqətə çatdırılıb.

 

Eyni zamanda turizmin iqtisadi sahə kimi iqtisadiyyatımıza verdiyi töhfənin müəyyən olunması baxımından statistik hesablamaların düzgün təşkil edilməsinin vacibliyi bildirilib.

 

Daha sonra Turizmin ÜDM-dəki çəkisi, xarici turistlərin sayı, onların xərclədikləri vəsaitin məbləği, turizm sahəsinə qoyulan yerli və xarici investisiyalar, xarici turistlərin gecələmələrinin sayı, getmə turistlərin sayı və s. məsələlər müzakirə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR