Bank Of Baku

Ötən il Azərbaycandan Mərakeşə səyahət edən vətəndaşların sayı açıqlanıb

Ötən il Azərbaycandan Mərakeşə səyahət edən vətəndaşların sayı açıqlanıb
# 21 yanvar 2014 10:09 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Ötən il Azərbaycandan Mərakeşə səyahət edən vətəndaşların sayı açıqlanıb.

 

Mərakeşin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, 2013-cü ildə bu ölkəni 108 Azərbaycan vətəndaşı ziyarət edib.

 

Səfirlikdən onu da əlavə ediblər ki, son üç il ərzində azərbaycanlı turistlərin sayı demək olar ki, eyni səviyyədə qalıb. Belə ki, 2011-ci ildə Mərakeşi 117, 2012-ci ildə isə 100 Azərbaycan vətəndaşı ziyarət edib.

 

Qeyd edək ki, diplomatik və xidməti pasporta sahib olan Azərbaycan vətəndaşlara Mərakeşə səfər etmək üçün viza tələb olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR