Bank Of Baku

Şəki, Qax, Zaqatala və Balakən rayonlarında “Açıq qapı” günləri keçiriləcək - FOTO

Şəki, Qax, Zaqatala və Balakən rayonlarında “Açıq qapı” günləri keçiriləcək - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 10:28 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Sentyabrın 28-dən 29-dək  Şəki, Qax, Zaqatala və Balakən rayonlarında “Açıq qapı” günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, “Azərbaycanda Avropa İrs Günləri” layihəsi çərçivəsində təşkil edilən tədbirdə bölgədə yerləşən tarix-mədəniyyət qoruqlarına, muzeylərə və digər mədəniyyət müəssisələrinə pulsuz giriş təmin olunacaq.  Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri üçün pulsuz ekskursiyalar təşkil ediləcək, onlara tarix-mədəniyyət abidələrinin qorunması barədə ətraflı məlumat veriləcək.

 

Nazirlikdən bildiriblər ki, yerli və əcnəbi turistlərin, eləcə də bölgə sakinlərinin tarix və mədəniyyət abidələrinə sərbəst girişini təmin etmək məqsədi daşıyan Avropa İrs Günləri layihəsi hər il sentyabrın sonu oktyabrın əvvəllərində Avropa Mədəniyyət Konvensiyasını imzalamış 50 ölkədə keçirilir. Ümumiləşdirilmiş statistik məlumatlara əsasən, son dövrlərdə “Avropa İrs Günləri” çərçivəsində hər il Avropanın 100.000-dən çox mədəni irs abidəsində açıq qapı günləri təşkil olunur və 20 milyon nəfər ziyarətçi tarix və mədəniyyət abidələrini ziyarət edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR