Bank Of Baku

Turizm və Menecment Universitetinin ilk Elmi Şurasının iclası keçirilib - FOTOSESSİYA

Turizm və Menecment Universitetinin ilk Elmi Şurasının iclası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 06 fevral 2015 13:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı Turizm Peşə Məktəbində Azərbaycan Turizm və Menecment Universitetinin ilk Elmi Şurasının geniş tərkibli iclası keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin məsul əməkdaşları, ölkənin turizm sektorunun təmsilçiləri və başqaları iştirak edib.

 

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov hesabatla çıxış edərək 2006-cı ildə Azərbaycan Turizm İnstitutu kimi fəaliyyətə başlayan ali məktəbdə tədrisin təşkili, 2006-2014-cü illərdə əldə olunan nəticələr, bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil barədə danışıb.

 

İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ötən ilin dekabrında ölkə prezidenti Mədəniyyət və Turizm Nazirliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncamlar imzalayıb: “Bunlardan biri də Azərbaycan Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Turizm və Menecment Universitetinin yaradılmasıdır. Universitetin yaradılması ilə ölkədə turizm sahəsində kadr hazırlığı daha da gücləndiriləcək və bu da turizm sahəsinin sürətli inkişafına təkan verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR